Sübhan Qənbərli: “Qırmızı alma” Ən qısa hekayə

Sübhan Qənbərli: “Qırmızı alma”  Ən qısa hekayə
17 dekabr 2013
# 21:00

Kulis.az Sübhan Qənbərlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qırmızı alma” (416 işarə) hekayəsini təqdim edir.

“Daha başqasını sevirəm, o, mənim yeni həyatımdır”.

Belə idi Leylanın axırıncı mesajı.

Hirsimdən əlimdəki təzəcə dişlənmiş qırmızı almanı televizorun ekranına geydirdim. O oğlanı tapmaq, qisas almaq üçün Leylanı izləməyə başladım...

Gördüklərim bütün fikirlərimi alt-üst etdi. Leylanın çəkdiyi siqaretin tüstüsünü paylaşdığı adam oğlan deyil, qız idi. Sözün söyüşlə əvəzləndiyi yer bura imiş. Evə qayıtdım, söyə-söyə televizorun ekranındakı alma şirəsini təmizləməyə başladım.

# 2396 dəfə oxunub

Müəllifin son yazıları

# # #