Aybəniz Əlizadə: "Tabu-T-da sevgi" Ən qısa hekayə

Aybəniz Əlizadə: "Tabu-T-da sevgi" Ən qısa hekayə
17 dekabr 2013
# 10:00

Kulis.Az Aybəniz Alızadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Tabu-T-da sevgi” (323 işarə) hekayəsini təqdim edir.

Onlar tanış olanda biri bəkarətini itirmiş, digəri isə Azərbaycan adlı tabular “zindanında” cəza çəkirdi. Biri öldürüldü, o biri də onun ölümünə dözməyib “zindanı” tərk elədi. Almaniya adlı səfehlər azadlığında elə hey veyllənirdi. Bilmirəm, bəlkə də onu “zindan”a məhkum edən öz düşüncələriydi... Nə fərq edər? Oyananda gecikmişdi. Biri fizioloji ölmüşdü, digəri cismani.

# 2282 dəfə oxunub

Müəllifin son yazıları

# # #