Rəvanə Əliyeva: “Xoşbəxt sonluq”-Ən qısa hekayə

Rəvanə Əliyeva: “Xoşbəxt sonluq”-Ən qısa hekayə
16 dekabr 2013
# 14:00

Kulis.az Rəvanə Əliyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xoşbəxt sonluq” (500 işarə) hekayəsini təqdim edir.

Qış... Yeni il... 12-yə az qalıb...

Bayırda sakit yağan qar... İsti otaq... Sadə bəzənmiş ev... İnsanın ruhunu oxşayan kaminin səsi...

Nəhayət, illər sonra Onlar uzun zaman birlikdə xəyal etdikləri, içində mənəvi rahatlıq tapdıqları evi qura bilmişdilər. İndi hər ikisi adyala bürünüb diqqətlə alova baxaraq keçmişi – sevgiləri uğrunda keçdikləri o ağır yolu, az da olsa yaşadıqları o xoşbəxt anları xəyallarında canlandırırlar...

“Həyatda xoşbəxt sonluq olmur” deyirlər... Yanılmırlarmış... İki ayrı ölkədə bir-birinə çox bənzəyən bu evlərin sahibləri məhz bunu düşünürdülər...

# 4183 dəfə oxunub

Müəllifin son yazıları

# # #