Sərraf Balaxan: "Placebo effekti" - Ən qısa hekayə

Sərraf Balaxan: "Placebo effekti" - Ən qısa hekayə
1 avqust 2017
# 21:00

Kulis.az Sərraf Balaxanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Placebo effekti” (499 işarə) hekayəsini təqdim edir.

- Səməd dayı, bu, təzə dərmandı. Uzağı üç günə sağalacaqsan. Al, ud görüm. Tələsmə.

Baş ağrısından ilan kimi qıvrılır, qulaqları ovuşdurmaqdan yaradır, gözləri qanla dolu, dili şiş, dişləri qırıq-qırıq, gur saçını yolub qurtarıb.

Xatırlamağa amanı yox. Başının çürük diş tək çəkilməsinə belə razı.

- Səhərə sağalaram. Həkim yaxşı adamdı. Ağrım azalır. Sən də yat, bala, neçə gündü oyaqsan.

“Tavandan hörümçək toru ilə asılan baxışlar, dodaqların kənarında donmuş təbəssüm. Oğlunun toyunda yorulub yatmış ata” - tibb bacısının səsinə oyanan oğul bu mənzərənin qarşısında dayanmışdı.

# 5003 dəfə oxunub

Müəllifin son yazıları

# # #