“İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub

“İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub
4 may 2018
# 16:10

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, pro­fessor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın tərtibatçılığı ilə “İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub.

APA-nın məlumatına görə, lüğətin baş redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi redaktoru isə professor Sayalı Sadıqovadır.

Nəşrin rəyçiləri akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur.

Vəsaitdə elmi-tədqiqat və tədris prosesində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə və şərhinə geniş yer verilib. Lüğətdə dilçilik terminlərinin geniş, daha dolğun izahı verilib, həmçinin terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əksini tapıb.

# 1527 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #