İstanbul beynəlxalq kitab yarmarkasına hazırlaşır

İstanbul beynəlxalq kitab yarmarkasına hazırlaşır
6 sentyabr 2017
# 12:47

Noyabrın 4-dən 12-dək İstanbulda keçiriləcək 36-cı Beynəlxalq Kitab Yarmarkası TÜYAP-da öz işinə başlayacaq.

Yarmarkaya qardaş ölkə də daxil olmaqla 800-dən artıq nəşriyyatın, ictimai təşkilatın qatılacağı gözlənilir.

Yarmarkada 9 gün boyunca tədbirlər, şeir gecələri və uşaq ədəbiyyatına həsr edilən müzakirələr, imza günləri təşkil olunacaq.

Yarmarkanın fəxri qonağı olan Ayla Kutlunun həyatı və əsərləri haqqında özünün də iştirakı ilə müxtəlif panellər və söhbətlər təşkil ediləcək.

Builki mövzusu “Yaxşı ki, varsan ədəbiyyat” adlanan yarmarkaya bu il qonaq ölkə kimi Koreya Respublikası dəvət edilib.

Yarmarkanın tədbirlər planı sentyabrın ikinci yarısında açıqlanacaq. /baku-art.az/

# 938 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #