Fərid Nadirov: “Status savaşı”-Ən qısa hekayə

Fərid Nadirov: “Status savaşı”-Ən qısa hekayə
20 dekabr 2013
# 18:00

Kulis.az Fərid Nadirovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Status savaşı” (454 işarə) hekayəsini təqdim edir.

Kulis.Az : Hekayələr savaşına start verdim. Amma qısa!

İştirakçı №44: Məndə qısadır: “Ümid ölənədək yaşadı.”

Kulis.Az: Bu savaşda işarə sayı məhduddur.

İştirakçı №68: Axtardığınız məndədir! İşarələrin bismillahıyla fatihəsi bir anda. Baxın: “Mən Əfsanəyəm.”

Kulis.Az : Mövzuya sərhəd yoxdur. Kreativlik lap əla olar.

İştirakçı №106: Bu mənim stilimdir. Soxulcanla başlayıb masturbasiya ilə qurtarıram.

Kulis.Az fikrə gedib, “Poçt qutusu”, “Bomba” hekayələrini xatırladı və “Sizi statuslar müsabiqəsində xoş gördük” dedi.

# 1614 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #