Nurlana Həşimova: “Bu sabah” - Ən qısa hekayə

Nurlana Həşimova: “Bu sabah” - Ən qısa hekayə
19 dekabr 2013
# 23:00

Kulis.az Nurlana Həşimovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bu sabah” (276 işarə) hekayəsini təqdim edir.

Göy gurultusuna oyanıb yağışın səsiylə düşünmək istədim bu sabah. İstədim yalın ayaqlarımı isladım damlalarda üşüyə-üşüyə. Sərin mehə qoşub nəmli saçlarımı sarılmaq istədim yağışa. Bəlkə susan könlüm dil açıb danışa. Bəlkə dualarım səmayla qovuşa. Və bəlkə arzulanan xəyal uzadıb əllərini göylərdən əllərimdən yapışa.

# 1854 dəfə oxunub

Müəllifin son yazıları

# # #