Kulis.Az Şəlalə Göytürkün “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Şaftalı çiçəyi” (487 işarə) hekayəsini təqdim edir.
Bahar gecikdiyinə görə quşlar öz nəğmələriylə ağacların çiçək açmasına kömək edirdi.
Qumru səhər tezdən şaftalı ağacına qonub həvəslə oxudu. Lakin bir tumurcuğun da dodağı qaçmadı. İkinci nəğməsi də boşa çıxanda onu ağlamaq tutdu.
- Xeyrəddin Qoca İsrafil İsrafilova açıq məktub yazdı
- “Göz həkimi” tamaşası nümayiş etdirildi
- Azərbaycan və Gürcüstan arasında ədəbi memorandum imzalandı
Qonşu ağacda gəzən Dələ soruşdu:
- Nə olub, Qumru?
- Çiçəklər üçüncü nəğməmə də açılmasa mən bir də bu ağaca qonmamalıyam! - Qumru sızladı.
- Dayan! Oxuduqdan sonra “enter”i basmısan? – Dələ soruşdu.
Qumru:
- Aaa, necə yadımdan çıxıb e! – deyə atılıb-düşdü. Sonra ucadan oxuyaraq “enter”i basdı. Şaftalı ağacı dərhal narıncı çiçəklərə büründü.