Günel Eminli: “Statistik qadın”-Ən qısa hekayə

Günel Eminli: “Statistik qadın”-Ən qısa hekayə
17 dekabr 2013
# 17:00

Kulis.Az Günel Eminlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Statistik qadın” (486 işarə) hekayəsini təqdim edir.

Statistika onun həyatı idi. Görəsən bax indi dünyada neçə qadın beləcə fincanı əlində pəncərədən yuxulu pişiyə baxır?

Gündəlik işlərini görəndə “görəsən indi dünyada neçə” başlıqlı suallar verirdi özünə.

Qapı döyüldü. İşıq pulu yığmağa gələn idi. Açdı, o isə heç nə demədən hücum çəkdi. Əlləri boğazına uzananda işıq pulu yığanın qatil-oğru olduğunun fərqinə vardı. Heç şübhələnmədi ki, işıq pulu yığan niyə belə səliqəli geyinib?

Nəfəsi daralırdı və sonuncu fikri beynində sönməkdə idi: görəsən indi neçə qadın öz evində səliqəli geyinmiş oğrular tərəfindən boğulur?

# 2176 dəfə oxunub

Müəllifin son yazıları

# # #