Gülmirzə Hüseynov: “Çürük ümid”-Ən qısa hekayə

Gülmirzə Hüseynov: “Çürük ümid”-Ən qısa hekayə
17 dekabr 2013
# 17:00

Kulis.Az Gülmirzə Hüseynovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çürük ümid” (150 işarə) hekayəsini təqdim edir.

Onun işləri əvvəldən düz gətirmirdi. Həyatına son qoymağa qərar verdi. Ancaq cibindəki son qəpik-quruşa alıb boğazına keçirdiyi ip çürük çıxdı. Son ümidləri kimi o da qırıldı.

# 2275 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #