Elvin Bayramlı: “Babamın qəbri”-Ən qısa hekayə

Elvin Bayramlı: “Babamın qəbri”-Ən qısa hekayə
16 dekabr 2013
# 21:00

Kulis.az Elvin Bayramlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Babamın qəbri” (413 işarə) hekayəsini təqdim edir.

Bir həftədir yataqda olan babam gecənin yarısı nəfəsini tapşırdı. Səhər tezdən atamla qəbir qazanı götürüb qəbiristana getdik.

O, ölçü götürür, qazır, dayananda biz də kömək edirdik. Qoca idi. Yaşı altmışı haqlamışdı. Günortaya yaxın atam yas evinə qayıtdı. O, qəbirin başında oturmuşdu. Susurdu. "Burda ən çətin kimin qəbrini qazıbsan?" - deyə, soruşdum.

Qulaqbatırıcı sükut var idi.

- Oğlumun. Bu onun həmin gün son sözü oldu.

Gözündən yaş damcıları babamın boş qəbrinə tökülürdü

# 2826 dəfə oxunub

Müəllifin son yazıları

# # #