Mahirə Abdulla Yazıçılar Birliyindən qovulubmu?

Mahirə Abdulla Yazıçılar Birliyindən qovulubmu?
22 yanvar 2013
# 13:25

Aznews.az saytı şairə Mahirə Abdullanın Azərbaycan Yazıçılar Birliyindən (AYB) qovulduğunu yazıb. Saytın yazdığına görə AYB Mahirə Abdulla ilə müqavilə bağlamaqdan imtina edib.

Kulis.Az-a açıqlama verən AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu şairənin birlikdən çıxarılması məsələsinin açıq qaldığını bildirdi: “Bu məsələ ətrafında müzakirələr gedir. Ancaq Mahirə Abdulla hələ ki, rəsmən Yazıçılar Birliyindən çıxarılmayıb”.

Şairə Mahirə Abdulla isə Kulis.Az-a açıqlmasında məsələdən xəbərsiz olduğunu söylədi: “Mən indi Yazıçılar Birliyindəyəm. Heç nədən xəbərim yoxdur. Dəqiq məlumat olan kimi bu barədə açıqlama verəcəyəm”.

Qeyd edək ki, Mahirə Abdulla – AYB qarşıdurmasına səbəb kimi bir müddət bundan əvvəl Yazıçılar Birliyində Mahirə Abdulla ilə yazıçı Abbas Abdulla arasında yaşanmış xoşagəlməz insident göstərilir.

Mövzunu diqqətdə saxlayacağıq.

# 1926 dəfə oxunub

Müəllifin son yazıları

# # #