Aydın Talıbzadənin kitabının təqdimatı keçirildi - FOTO

Aydın Talıbzadənin kitabının təqdimatı keçirildi - <span style="color:red;">FOTO
20 oktyabr 2017
# 15:07

“Mən bu kitabı 1990-cı ildən bu yana içimdə gəzdirirəm. O zaman mən “Faciə: janrın təyininə dair” adında yazı yazmışdım, sonra bu haqda bir dərslik yazmaq istədim. Amma bunu yazdıqca gördüm ki, bu dərslikdən kənara çıxır, bir tədqiqata çevrilir, ona görə də bunu dərsdən kənar oxu üçün nəzərdə tutdum”

Bu sözləri sənətşünas alim, professor Aydın Talıbzadə “Faciə: janriçi mutasiyalar” kitabının Kitabevim.az da keçirilən təqdimatı və imza mərasimində deyib.

“Bu kitabda janr nədir sualı geniş bir şəkildə açılır. İndi müasir dünyada bu janr haqda nəsə demək çətindir, amma mənə elə gəlir ki, mən nəsə demişəm. Bizim həyatımız janrdır, müharibə janrdır, toy janrdır. Tragediya ilə faciəsinin fərqi nədir? Azərbaycanda tragediya janrı olubmu? Bu suallar açılır. Və bunlar yeni cavablardır”.

Kritika nəşriyyatında 500 tirajla bu günlərdə çap olunan kitabın elmi redaktoru Kamal Abdulladır. Müəllif kitabda janrın fəlsəfəsini, sosio-psixologiyasını göstərməyə, postdramatik teatr müstəvisində faciənin necə anlaşıldığını elmin gündəminə gətirməyə çalışır.

“Reallıqda faciə yoxdur: faciəni qavrayış, təsəvvür, idrak yaradır və oynayır...Sıra düşüncəni eyhamlaşdırır. Sən əgər fərdiləşib sıradan çıxmısansa deməli, sıra əleyhinəsən, başqa düşüncə sahibisən. Başqa düşüncə sahibini toplum qəbul etmir, səni faciə uçurumunun kənarına gətirir. Ona görə sıra cəmiyyət içrə faciə lokusu, faciə sərhədi kimi götürülə bilər...”- deyə müəllif kitabın ön sözündə yazır.

# 1119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #