Məmməd Arazdan GÖZƏL BİR ŞEİR

Məmməd Arazdan <span style="color:red;">GÖZƏL BİR ŞEİR
1 oktyabr 2017
# 14:12

Kulis.az “Bazar oxusu” layihəsindən Məmməd Arazın ən gözəl şeirlərindən birini təqdim edir.

Ana yurdum, hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır.

Kimi sənin çiynində, sən kiminin...

Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır:

Çox ünvanda qaçaq tərif yallanır.

Bir ağılın budağından sallanıb,

Neçə-neçə ağlıdayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,

Adımı tut, harda dağlar dumansa.

Gözünü sıx, hansı daşda su yansa,

O daş altda Məmməd Araz yaşayır.

1971

# 1114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #