Sevinc Elsevərin imza günü olacaq

Sevinc Elsevərin imza günü olacaq
30 mart 2017
# 11:02

Aprelin 2-si, saat 15:00-dan 18-00-a qədər Kitabevim.az-da Sevinc Elsevərin uşaqlar üçün yazdığı “Donu qırmızı” romanın imza günü keçiriləcək.

Kulis.Azın verdiyi məlumata görə, “Xan” nəşriyyatında işıq üzü görən kitabda müəllifin “Nuhun gəmisində kosmosa səyahət”, “Donu qırmızı” romanlarıyla yanaşı, “Lokomotiv və vaqonları” adlı pyesi də çap olunub. Kitabın üz qabığında və içində yer alan rəsmlərin müəllifi gənc rəssam Gülbəs Ayvazındır.

Həmin gün daha iki təqdimat baş tutacaq.

İkinci təqdimat uşaq yazarlar Nilufər və Nərmin Əzimzadələrin “Ağıllı kukla” kitabının olacaq. Lap körpəlikdən kitaba maraq göstərən Əzimzadə bacıları bir çox uşaq yazıçısının əsərləri ilə tanışdırlar. Ədəbiyyata olan sevgi və maraqları onlara qələmlə dostluğu öyrədib. Kitabda Nilufərlə Nərminin qələmə aldığı “Ağıllı kukla” adında uzun hekayə, hekayələr və şeirlər toplanıb. Ümid edirik ki, məktəbli qızların ilk qələm təcrübəsi balaca oxucularda da maraq oyadacaq.

Üçüncü təqdimat isə “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusunun növbəti sayıdır. Artıq "Yemlik" jurnalının üçüncü sayı oxucularla görüşə gəlir. Jurnalın bu sayında da hər zaman olduğu kimi tanınmış yazarlarla birlikdə uşaq yazarlarının əsərləri çap olunub. Eyni zamanda, dünya ədəbiyyatından tərcümə edilən əsərlərin tərcüməsini də uşaqlar edib. “Yemlik” uşaq toplusunun bir özəlliyi də ondan ibarətdir ki, burada otuza yaxın valideyn himayəsindən məhrum olan uşaqların əsərləri yer alıb.

# 909 dəfə oxunub

Müəllifin son yazıları

# # #