Güldüyüm adamı sevdim - ŞEİR

Güldüyüm adamı sevdim - <span style="color:red;">ŞEİR
21 iyul 2016
# 13:24

Qalib Həsənoğlu

Sevdim

Məni ellər qınamasın,

Bildiyim adamı sevdim.

Sevincimi, kədərimi,

Böldüyüm adamı sevdim.

Bir söz alınca dilindən,

Canım çıxar qəm əlindən.

Bivəfalar cədvəlindən,

Sildiyim adamı sevdim.

Gələndə ayrılıq dəmi,

Quruyarmı gözün nəmi?

Həsrətindən dəli kimi,

Güldüyüm adamı sevdim.

Kəs, ey Tanrım, hicranı kəs,

Hicranına yoxdur həvəs.

Görüşünə qaranəfəs,

Gəldiyim adamı sevdim.

Min dağ düzər, bir dağ üstə,

Əldə ayna bulaq üstə.

Hər baxanda, ayaq üstə,

Öldüyüm adamı sevdim.

# 1029 dəfə oxunub

Müəllifin son yazıları

# # #