Ədəbiyyat İnstitutunun tələbələri aksiya keçirdi

Ədəbiyyat İnstitutunun tələbələri aksiya keçirdi
28 dekabr 2015
# 11:39

Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunun (Litİnstitut) bir qrup tələbə və məzunu etiraz aksiyası keçirir.

Onlar iki şəxsin – Aleksandr Dugin Dmitri Enteo’nun Ədəbiyyat İnstitutuna mühazirəçi qismində dəvət olunmasına etiraz edirlər.

“Maarifçilik uğrunda, konservativ terrora qarşı!” adlı bu aksiyanın etiraz müraciətində deyilir:

“Biz, bu İnstitutun dinlərarası, millətlərarası dözümsüzlük təbliğatında alət edilməsinə etiraz edirik.

Rəhbərlikdən bu sualımıza cavab verilməsini tələb edirik: bu və ya digər lektorun instituta dəvət olunmasına görə kim məsuliyyət daşıyır və institutun müəllimləri niyə universitet kafedrasından propoqanda tribunası kimi istifadə edirlər?

Aleksandr Dugin bir neçə il əvvəl Moskva Dövlət Universitetinin auditoriyalarında ksenofob çıxışlar, müharibəyə və zorakılığa çağırışlar etdiyinə görə, işdən çıxarılıb.

Bundan əvvəl yalançı alim-konspiroloq Nikolay Starikov bizə mühazirəçi kimi dəvət olunanda biz bir qrup tələbə birləşərək, onun kənarlaşdırılmasına nail olduq.

Niyə müasir ədəbiyyat üçün unikal və zəruri bir təhsil ocağı olan bu institut biabırçı və arxaik müharibə, ksenofobiya, dini fundamentalizm propaqandası üçün meydana çevrilir?

Biz, təşəbbüskar tələbələr və məzunlar qrupu maksimum fikir və estetik mövqe müxtəlifliyi tərəfdarıyıq, amma Ədəbiyyat İnstitutunun divarları arasına insana nifrət baxışları yayan şəxslərin mühazirəçi kimi dəvət olunmasının əleyhinəyik, onlar Rusiya Konstitusiyasının milli və dini nifrət haqda 29-cu maddəsini pozurlar.

Biz tələb edirik:

1. Tələbələrə seksist, ksenofob və bu kimi başqa təhqiredici fikirlər yayan, nifrət alovlandıran müəllimlərdən imtina etmək hüququ verilsin.

2. Ədəbiyyat kafedralarının tərkibini formalaşdıranda tələbələrin də fikri öyrənilsin.

3. Əmək Şurasının tərkibi yenidən seçilsin, çünki indi o, tələbələrin marağını ifadə etmir.

4. Yaxın vaxtlarda rəhbərlik tələbələrlə ictimai görüş keçirsin, bütün bu məsələlər həmin görüşdə müzakirə edilsin.

azadliq.org

# 984 dəfə oxunub

Müəllifin son yazıları

# # #