Çe Gevaranın “Boliviya gündəliyi” çapdan çıxdı

Çe Gevaranın “Boliviya gündəliyi” çapdan çıxdı
10 noyabr 2015
# 14:52

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti nəşri – Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” çap olunub.

Bu barədə Kulisə Tərcümə Mərkəzindən bildiriblər.

Kitab Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi Çe Gevaranın yarımçıq qalmış ömründən, bu keşməkeşli həyat yolunun son on bir ayından – qəhrəman inqilabçının və onun silahdaşlarının Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim savaşlarından bəhs edir.

Əsəri dilimizə Rövşən Ramizoğlu tərcümə edib.

Отображается файл "IMG_3158.JPG"

# 1221 dəfə oxunub

Müəllifin son yazıları

# # #