Akutaqava Rünoskenin hekayələr kitabı çap olundu

Akutaqava Rünoskenin hekayələr kitabı çap olundu
10 mart 2015
# 12:54

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti nəşr – görkəmli yapon yazıçısı Akutaqava Rünoskenin “Tanrıların istehzası” hekayələr toplusu çap olunub.

Çox qısa ömür yaşamış Akutaqava Rünoskenin (1892-1925) ədəbi irsi XX əsr ədəbiyyatının ən parlaq və qeyri-adi hadisələrindən sayılır. Əsərlərinin mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritça və əfsanələrdən alan sənətkar bütün istedadını insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatında baş verənləri özünəməxsus yüngül ironiya ilə açmağa sərf edib.

Kitabda oxucuya təqdim olunan novellaların bir qismində qəhrəmanlar həyati əhəmiyyət kəsb edən məsələlərin çözümündə seçimlər edir, digərləri həyatın mənası barədə düşüncələrə varmadan, ümumi axına qoşulurlar.

Kitabın tərcüməçisi Rövşən Ramizoğludur.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #