Çingiz Abdullayev 55 VİDEO

Çingiz Abdullayev 55 <span style="color:red;">VİDEO
7 aprel 2014
# 14:14

Bu gün Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin 55 yaşı tamam olur.

Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi, daha sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, Kommunist Partiyası Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi - maarif kabinetinin müdiri vəzifələrində çalışıb.

1989 – cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibidir. Azərbaycan PEN klubunun prezidentidir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Çingiz Abdullayev 2009 – cu il aprelin 7 – də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

# 1602 dəfə oxunub

Müəllifin son yazıları

# # #