Ən yaxşı Azərbaycan romanı yenidən çap olundu

Ən yaxşı Azərbaycan romanı yenidən çap olundu
11 mart 2014
# 10:43

Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı yenidən çap olunub.

“Qanun” nəşriyyatında çap olunan roman Azərbaycan ədəbiyyatında Şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı - ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Müəllif Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər apararaq çox maraqlı nəticələrə gəlib çıxır. Taleyin kəskin dönəmlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu “Qətl günü” romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar “Qətl günü” romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.

Kulis.Az - ın 78 şair, yazıçı və tənqidçi arasında keçirdiyi “Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?” sorğusunda “Qətl günü” romanı 40 səslə birinci yerə çıxmışdı.

Romanın redaktoru Saday Budaqlıdır.

Kitabın qiyməti isə 5 manatdır.

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

# # #