Nərgiz İsmayılova: "Qısqanclıq" Ən qısa hekayə

Nərgiz İsmayılova: "Qısqanclıq" Ən qısa hekayə
25 dekabr 2013
# 10:00

Kulis.Az Nərgiz İsmayılovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qısqanclıq” (219 işarə) hekayəsini təqdim edir.

Dözə bilmirəm onun sənin dodaqlarına toxunmağına. Əcəb işə düşmüşük. İkinizin ortaq kefindən doğulur ölüm də, zövq də. İkinizin qoxusu birləşir, bu vaxt Şeytan kəlməsi gözümdə adiləşir. Bilirsən bəzən dodaqlarına toxunan o siqaret də gözümdə kişiləşir.

# 2054 dəfə oxunub

Müəllifin son yazıları

# # #