Kəramət Böyükçöl: “Ayaqqabı” -Ən qısa hekayə

Kəramət Böyükçöl: “Ayaqqabı” -Ən qısa hekayə
23 dekabr 2013
# 16:00

Kulis.Az Kəramət Böyükçölün “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ayaqqabı” (423 işarə) hekayəsini təqdim edir.

1990-cı ilin 19 yanvarında Bakıda qızğın mitinq gedirdi. Cəmil Azadlıq meydanına gəlmişdi. Təzə ayaqqabı da almışdı. Ayaqqabı sağ ayağını bərk sıxırdı. Güclə yeriyirdi. Birdən güllə-baran başlandı. Cəmil qaçmağa çətinlik çəkirdi. Ayaqqabını çıxarıb əlinə aldı. Ancaq necə oldusa ayaqqabının sağ tayı əlindən düşdü.

Cəmil səhəri eşitdi ki, rus ordusu Bakıda nə qədər adam öldürüb. Cəmil yenidən Azadlıq meydanına gəldi və o, uzaqda ayaqqabısının tayını gördü. Üstünə iki qərənfil qoyulmuşdu.

# 3350 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #