Dostu Vəliyeva: “Əbədi gecə”-Ən qısa hekayə

Dostu Vəliyeva: “Əbədi gecə”-Ən qısa hekayə
22 dekabr 2013
# 09:00

Kulis.az Dostu Vəliyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Əbədi gecə” (423 işarə) hekayəsini təqdim edir.

İki balası vardı; bir oğlan, bir qız. Müalicələri üçün hər yerə aparmışdı. “Çarə yox” demişdilər. Başqa analar övladlarının zirəkliyindən danışanda bəzən komplekslər onu sıxırdı, paxıllıq da edirdi. Allahdan küsdüyü vaxtlar da olurdu...

...Axşam çoxdan düşmüşdü. Ana, gecə və ulduzlar haqda danışırdı balalarına. Körpələr maraqla qulaq asıb, analarının yalnız ulduzlar haqda danışdıqlarını təsəvvürlərində canlandırmağa çalışırdılar; çünki gecə tanış idi. Onlar üçün həmişə gecədir...

# 1943 dəfə oxunub

Müəllifin son yazıları

# # #