Sahilə İbrahimova: “Dilənçi”-Ən qısa hekayə

Sahilə İbrahimova: “Dilənçi”-Ən qısa hekayə
20 dekabr 2013
# 19:00

Kulis.az Sahilə İbrahimovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dilənçi” (437 işarə) hekayəsini təqdim edir.

Dilənçi iki maşının arasında durmuşdu. Yerə düşən qəpiyi götürüb dikələndə belinə sarıdığı uşağın alnı maşının güzgüsünə dəydi. Uşaq qəfil zərbədən diksindi, var gücü ilə qışqırdı, ardınca anasının boynunu qucaqladı. Alnından axan qan anasının çiyninə damcılayırdı. Uşaq onu yaralayanın kimliyindən xəbərsiz idi. Olsaydı belə fərq etməzdi. Onun boynunu qucaqlayacağı başqa kimsəsi yox idi.

Bilərəkdən, ya bilməyərəkdən bizi incidənlərin boynunu tez-tez qucaqlayırıq. Çarəsizlikdən, adamsızlıqdan...

# 2691 dəfə oxunub

Müəllifin son yazıları

# # #