Mustafakamal İslamov: "Qarğış" Ən qısa hekayə

Mustafakamal İslamov: "Qarğış" Ən qısa hekayə
20 dekabr 2013
# 12:00

Kulis.Az Mustafakamal İslamovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qarğış” (492 işarə) hekayəsini təqdim edir.

O, işdən çıxsa da, evə getməyə həvəsi yox idi. Səhər qonşusunun ev əşyalarını maşına yükləyirdilər. Maraqlanıb öyrəndi ki, qonşu yeni aldıqları novostroykaya köçür. Bilirdi ki, evə getsə arvadı qanını qaraldacaq. ”Qeyrətli kişi elə olar” - deyəcək. Kişi a. Heç adını düz-əməlli yaza bilmir. Di gəl, var-dövləti başından aşır. O isə otuz ildir müəllim işləyir, atasından qalan təmirsiz xruşovkada yaşayır.

Ömründə ilk dəfə yolüstü kafeyə girdi. Könlünə araq içmək düşmüşdü. “Allah qeyrətli qonşunun bəlasını versin!” – deyərək mızıldadı və öz qəribə qarğışından dodağı qaçdı.

# 1830 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #