Aqşin Atalızadə: “Doğru yol” Ən qısa hekayə

Aqşin Atalızadə: “Doğru yol” Ən qısa hekayə
17 dekabr 2013
# 20:00

Kulis.Az Aqşin Atalızadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Doğru yol” (418 işarə) hekayəsini təqdim edir.

Axtarışa Leyliylə başladım. Kiminsə simasında onu ideallaşdırıb xəyalıma yazdım. Məcnun olub yollara düşdüm. Mövcudluğuna inanmadan o idealı axtardım.

Yolumu azdım. Ehtiyacımdan Təhminəyə ilişdim: gözəl, cazibədar, xəyalındakı tək görünməyə çalışan, əslində isə hər kəsin görmək istədiyi şəklə girə bilən əxlaqsıza.

Ancaq, saf hislərimlə Təhminəyə təslim olmadım. Öz qəlbimə yönəldim. Orada isə Səni tapdım: özümdən olan, özüm kimi düşünən Firəngizi. Zaur olmadım, Səyavuş oldum!

# 2259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #