Nurlan Məmmədli: “Əbu Qreyb"-Ən qısa hekayə

Nurlan Məmmədli: “Əbu Qreyb"-Ən qısa hekayə
17 dekabr 2013
# 18:00

Kulis.az Nurlan Məmmədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Əbu Qreyb” (500 işarə) hekayəsini təqdim edir.

“Əbu Qreyb” həbsxanası. 2003-cü il. Müharibənin barıtı onun ailə həsrətini alovlandırmışdı. Əfv ediləcəkləri barədə məhbusların sevinclə söylədiklərini artıq nəzarətçilər də təsdiq etmişdi. “Müharibə həmişə bədbəxtlik gətirməzmiş, sanki bu, mənə görə başlanıb”, - deyə mızıldandı.

Bombalı sabah. Şəhərə atılan mərmilərdən biri məhbəsin uçulmuş divarları arasından Bağdadı onun qucağına açdı. Azad məhbus yeni dünyasına qədəm qoydu - gözləri önündə azadlığını simvolizə edən evi və burnunda sevdiklərinin iyi ilə.

O uçulmuş bir evə və yanmış dəri qoxusuna doğru bərk tələsirdi.

# 2383 dəfə oxunub

Müəllifin son yazıları

# # #