Fuad Əhmədov: “Məhkum hakim”-Ən qısa hekayə

Fuad Əhmədov: “Məhkum hakim”-Ən qısa hekayə
17 dekabr 2013
# 12:00

Kulis.az Fuad Əhmədovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Məhkum hakim” (476 işarə) hekayəsini təqdim edir.

Deməli, Mələk, elə həmin gün onun arzusu yerinə yetmişdi, ilk hakimliyini etməli idi. Bəxtdən də çox asan iş idi. Asan deyəndə ki, on altı yaşlı oğlan uşağı parkda sevgilisiylə görüşməyə gələn on səkkiz yaşlı bacısını elə parkdaca bıçaqladıqdan sonra könüllü polisə təslim olub, hələ özüylə gətirdiyi dostu olanları telefona çəkib məhkəmədə dəlil olaraq təqdim edib.

Axşam evə girən kimi qaçdım üstünə ki, görüm nə oldu, məyus idi. Səbəbini soruşanda işdən çıxdığını söylədi. Dedim bəs arzu? Dedi: ”Məhkumam, Bu gün Azadlığın əliylə Qeyrəti boğdum… bəsimdir.”

# 3496 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #