Tural Qurbanlı: “Sehrli seçki”-Ən qısa hekayə

Tural Qurbanlı: “Sehrli seçki”-Ən qısa hekayə
16 dekabr 2013
# 22:00

Tural Qurbanlı: “Sehrli seçki”-Ən qısa hekayə

Kulis.az Tural Qurbanlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sehrli seçki” (482 işarə) hekayəsini təqdim edir.

- Alo,Nətərsən ay Həsən? Nə zaman gəlirsən, son neçə gün?

Sağlığın, ay dədə. Hələ buraxmırlar. Deyirlər seçki bitsin sonra. Pulum da qurtarıb.

- Bu dəfə gecikdiriblər, ay oğul, deyirlər maaş qalıb seçkidən sonraya.

Yaxşı bəs evdəkilər necədi, bacım gəldi?

- Salamatçılıqdır. Bacın hələ İstanbuldadır. Konsulluqdan sənədini vermirlər, deyirlər burda səs ver gedərsən.

Əmiqızının toyundan nə xəbər?

- Ey a bala, yazıq əmin işdən vaxt tapır ki heç denən? Məktəblərində bir məntəqə var onun sənət-sünət işini görür. Seçki bitsin inşallah hər şey yaxşı olacaq. Elə toy da.

# 6817 dəfə oxunub

Müəllifin son yazıları

# # #