Pərvin Məmmədli:  “Mürdəşir” Ən qısa hekayə

Pərvin Məmmədli:  “Mürdəşir” Ən qısa  hekayə
16 dekabr 2013
# 20:00

Kulis.Az Pərvin Məmmədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Mürdəşir” (288 işarə) hekayəsini təqdim edir.


Məni tanımaq qaçılmazdır: mən - mürdəşirəm.

Gənc ikən ölümdən qorxurdum. Bu qorxunu dəf etmək üçün ölümlə dost oldum. İndi ölüm adiləşib mənim üçün.


Peşəmi xoşlamırsınız, xidmətlərimin bahalığından narazısınız. Elə isə, həmin məbləğin ikiqatını verim, ölünüzü özünüz yuyun. Saçlarının dibindən ta ayıb yerlərinə kimi. Bacararsınız?

# 2177 dəfə oxunub

Müəllifin son yazıları

# # #