Rüfət Əhmədzadə: “Atdılar” - Ən qısa hekayə

Rüfət Əhmədzadə: “Atdılar” - Ən qısa hekayə
13 dekabr 2013
# 16:31

Kulis.az Rüfət Əhmədzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Atdılar” (498 işarə) hekayəsini təqdim edir.

Atdılar içəri. Elə çox incitmədilər. Eləcə böyrək sızıltıları, ürək ağrıları. Başqa nə ola bilər? Böhtansa da, birtəhər yatıb çıxar. Elə də təhlükəli adam deyil...

Atdılar çölə. Elə çox incitmədilər. Körpəsi ilə küçədə qaldı. Ata evinə getməyəcək, qayınata evi yox... Gec-tez bir yer tapar. İşləməyə kafelər, restoranlar, qalmağa xarabalar az deyil...

Atdılar yuxarı.

– Ayə, kaskanı neynirsən sən canı? Nə sığorta kəməri? Az danış! Demaqoqluq eləmə!..

Atdılar aşağı.

– Bu zirzəmidə qalarsan bir müddət. Uşağı da internata ver, istəyirsən. Nə su? Nə iy? Az danış! Demaqoqluq eləmə!

# 10739 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #