Fotoşəkillər – Qısa Hekayə

Fotoşəkillər – <span style="color:red;">Qısa Hekayə
10 iyul 2018
# 15:53

Kulis.az Məlik Rzanın “Fotoşəkillər” adlı qısa hekayəsini təqdim edir.

Təzə kirayə evə köçmüşəm. Səhər köhnə ev sahiblərinin unutduqları ayaqqabı qutularından üstü toz basmış fotoşəkilləri tapıb döşəməyə tökdüm. Bir-bir baxdım, tərsinə çevirib arxasındakı çəkiliş illərini yoxladım, qeydləri oxudum. Şəkillərin arxasındakı qeydlərin hər birinin öz başlığı var idi. Hamısını eyni adam yazmışdı. Adı yox idi, amma xəttindən bilmək olurdu. Şəkillərin arxasındakı bəyaz çərçivələrdə eyni hərflərdə büdrəmişdi. Vergülləri yerində ləngər vururdu, amma nöqtələri qoymağı unutmuşdu. Bütün şəkillərdə fotoaparatın obyektivinə dişlərini ağardıb gülümsəyirdi. Şəkilləri döşəmədə xronologiyaya uyğun sıralayanda gördüm ki, ildən-ilə saçları seyrəkləşir, gülümsəyən dişlərinin sırası pozulur, get-gedə sısqalaşıb şəkildə az yer tutur, sonra balacalaşıb yox olur.

# 928 dəfə oxunub

Müəllifin son yazıları

# # #