Nəriman Həsənzadə Seyran Səxavəti təbrik etdi

Nəriman Həsənzadə Seyran Səxavəti təbrik etdi
29 mart 2016
# 17:18

AYB-nin Ağsaqqalar Şurasının sədri, xalq yazıçısı Nəriman Həsənzadə müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavətə 70 illik yubileyi münasibəti ilə təbrik teleqramı ünvanlayıb.

Teleqramda deyilir:

“70-in mübarək, Seyranım, Səxavətim mənim. Kaş 71 yaşın bayrağımızın Qarabağa sancıldığı günə düşəydi. Yenə Gəncədəki kimi şeir deyəydik, yenə Parisdəki kimi qucaqlaşıb öpüşəydik, yenə “Ədəbiyyat qəzeti”ndəki kimi sən işdən tez qaçaydın, mən də axtarıb tapanda sevinəydik. Elə indiki kimi. Tanrı səni qorusun!

Nəriman Həsənzadə

Xalq şairi

AYB-nin Ağsaqqallar Şurasının sədri

# 987 dəfə oxunub

Müəllifin son yazıları

# # #