Afaq Məsud “Beynəlxalq Hekayə Festivalı”nda

Afaq Məsud “Beynəlxalq Hekayə Festivalı”nda
17 fevral 2016
# 16:17

16-20 fevral tarixində İstanbulda keçirilən Beynəlxalq Hekayə Festivalı 2500 gənc müəllif hekayəsi arasından seçilən ədəbi nümunələrin müsabiqə əsasında qiymətləndirir. Kulisin məlumatına görə festivalda fəxri qonaq qismində iştirak edən tanınmış dünya yazarları arasında Azərbaycanı yazıçı Afaq Məsud təmsil edir.

İstanbulun Beynəlxalq Kültür Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Afaq Məsud ədəbiyyatın xalqlar və ölkələrarası qarşılıqlı anlaşmada əhəmiyyətli rolundan, bədii sözün, duyğunun, fikrin sərhədsizliyindən danışıb.

Fevralın 17-də İstanbulun İhsan Mərmərci Anadolu Liseyində təşkil edilmiş «Öykü okulu» tədbirində yazıçının türk dilində «Sərçələr» hekayəsi səsləndirilib, daha sonra məktəbin müəllim və tələbə heyətinin iştirakı ilə diskussiya keçirilib.

Tədbir çərçivəsində proqram İstanbul Kültür Mərkəzində «Öykü okumaları», «Əsil hekayə bundan sonra başlanır», «Müasir dövrdə hekayənin rolu» adlı panellərdə məruzələr və müzakirələrlə davam etdirilir.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #