Qulu Ağsəs: “Elə bil, barmağını kəsirdim...”

Qulu Ağsəs: “Elə bil, barmağını kəsirdim...”
12 noyabr 2015
# 11:26

Kulis “Unuda bilmirəm” layihəsində Qulu Ağsəsin xatirəsini təqdim edir.

- Ağrıya dözə biləcəksən?

Danışanda telini geri atan feldşer - əsgər Milnora tabe olmaqdan özgə çarəm yoxuydu, 27 yaşlı macarın sovet ordusunda nə ölümü olduğu vecimə də deyildi, təcili əməliyyat olunmasam, barmağımı kəsəcəkdilər, vertolyot gəlmədiyindən hospital əvəzinə “sançast”da müalicə alırdım, axırı Molnara özüm elçi düşdüm:

- Başla!

İki saatdan sonra “koyka”da uzanıb ayaq barmaqlarımı saya - saya macar xalqına dua eləyirdim...

Kombat əlində maşinka “sançast”a girdi:

- Qırx bu "cərrahın" saçını!

Milnor elə ağlayırdı, elə bil, barmağını kəsirdim...

# 1080 dəfə oxunub

Müəllifin son yazıları

# # #