“Pinqvinlər uçur, Mari”nin təqdimatı olacaq

“Pinqvinlər uçur, Mari”nin təqdimatı olacaq
4 sentyabr 2015
# 16:38

“Pinqvinlər uçur, Mari”nin təqdimatı olacaq

Sentyabrın 5-də gənc yazar Fəridə Məmmədovanın “Pinqvinlər uçur, Mari” kitabının təqdimatı olacaq. Kulisin məlumatına görə tədbir Kitabevim.az kitab mağazasında 17:00-da başlayacaq, 20:00-dək davam edəcək.

Şeirlərilə tanınan Fəridə Məmmədovanın "Pinqvinlər uçur, Mari” adlı romanı ilk kitabıdır.

108 səhifədən ibarət roman “Ol” nəşriyyatında çap olunub. Roman psixoloji dram janrında yazılıb. Əsəri bir cümləylə bu cür ifadə etmək olar: Hər kəsin beyni öz cəhənnəmidir.

# 1105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #