Alik Əlioğlindan YENİ ŞEİR

Alik Əlioğlindan <span style="color:red;">YENİ ŞEİR
19 mart 2015
# 12:26

Kulis gənc şair Alik Əlioğlunun bu yaxınlarda dünyasını dəyişən körpə oğluna yazdığı şeiri təqdim edir.

Atamın və oğlumun xatirəsinə

Alik Əlioğlu

Martın son günləridir.
Ayaqüstə dayanıb
Hamının susduğu kimi susuram.

Sinəmə çəkdiyim hava
Ayağımı basdığım torpaq
Məni sərxoş edir...

Dağın başında kimsə gedir.
Uzaqlaşmaqda...
Dönüb boylanır,
Havada yellənir bir əl...

Çağırır:
Gəl, gəəl!

Bilirəm ki, indi getməsəm
Bu köhnə evdə
Toz torpaq,
Köhnə şəkillər,
Çirkli pəncərələr
Və bozarmış paltarlarım
Var...


Bilirəm təklikdə öləcəm burda...

Martın son günləridir
Həyətdə oturub
Hamının susduğu kimi susuram.

Küçələr boşdur,
Uşaqlar oynamır.
Adamlar köçüb gedib.
Bütün qəsəbə
Sükut içində...
Mən öz evimi sevirəm!

Mart bitir.
Pəncərə önündə
Hamının susduğu kimi susuram:

Həyətimdəki boş yelləncək
Mənimlə birgə gözləyir:
atam – qucağında oğlum – gələcək!

# 1496 dəfə oxunub

Müəllifin son yazıları

# # #