Ziyad Quluzadə: “Biq Bənq”-Ən qısa hekayə

Ziyad Quluzadə: “Biq Bənq”-Ən qısa hekayə
23 dekabr 2013
# 21:00

Kulis.az Ziyad Quluzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Biq Bənq” (307 işarə) hekayəsini təqdim edir.

O, almanı dişləyib uddu. Həmin vaxt ağsaqqal, yorğun Zevs ehmalca üzünü turşutdu. Yanında əyləşmiş keçəl LaVeyin qulağına nə isə pıçıldadı. İkisi də xımır-xımır güldülər. Onu qadına çevirib qovdular.

- O səni bağışlayacaq, - deyə Həvva Qabilin başını tumarladı. - Mütləq qurban kəsmək lazımdır.

Habilin başını kəsəndə Həvva LaVey kimi xımır-xımır gülümsədi.

# 2183 dəfə oxunub

Müəllifin son yazıları

# # #