Pərviz Məmmədov: “Cəvahir - Ən qısa hekayə

Pərviz Məmmədov: “Cəvahir - Ən qısa hekayə
20 dekabr 2013
# 00:00

Kulis.az Pərviz Məmmədovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cəvahir” (483 işarə) hekayəsini təqdim edir.

Əlində ov tüfəngi xəyala getmişdi...

Həmin gün 20 il əvvəl 26 fevralda yenə hava belə çovğunlu idi. Həyətə çatanda gözlərinə inanmadı. 2 erməni 8 yaşlı qızını zorla maşına mindirmək istəyirdilər. Cəvahiri xilas edə bilməyəcəyini anlamışdı. Bir an düşündü qızının başını nişan alıb tətiyi çəkdi. Cəvahirin cansız bədəni yerə düşəndə qızını aparmaq istəyən erməni ilə göz gözə gəldilər. Tanıdı onu, Haykonu, sifətindəki çapığı 6 ay əvvəl özü açmışdı.

20 il sonra yenə Haykonun gözlərinə baxırdı. Amma Haykonun bədəni bu dəfə Cəvahirin qəbrinin ayaq ucunda çapalayırdı.

# 3446 dəfə oxunub

Müəllifin son yazıları

# # #