Vəli Turan: “Fahişə oğlu” -Ən qısa hekayə

Vəli Turan: “Fahişə oğlu” -Ən qısa hekayə
18 dekabr 2013
# 17:00

Kulis.Az Vəli Turanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Fahişə oğlu” (224 işarə) hekayəsini təqdim edir.

Cəmi 12 yaşı vardı onun. Özünü İsa peyğəmbərlə müqayisə edirdi. Atasının kimliyi barədə anasına sual verəndə anası ona İsa peyğəmbərlə bağlı dini rəvayəti danışmışdı. İnanmışdı anasına. Amma o gün dalaşdığı yoldaşı hamının qarşısında ona belə dedi.

Fahişə oğlu!

# 3013 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #