Vəfa Məmmədova: "Həyat dərsi" Ən qısa hekayə

Vəfa Məmmədova: "Həyat dərsi" Ən qısa hekayə
17 dekabr 2013
# 19:00

Kulis.Az Vəfa Məmmədovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Həyat dərsi” (310 işarə) hekayəsini təqdim edir.

Nurlu qaranlıqda yarandı, zülmət aydınlığa göz açdı. Həyatı öyrənməyə başladı. Günü gündən daha çox öyrəndi. Həyat mənasını axtarmağa başladı. Sual çox ömür az. Bəzilərinə cavab tapıldı(qane etdimi?). Bəzi cavablar isə... Budur ömür qum saatından ibarətmiş kimisinidən, qum bitdi və köç etməyin vaxtı çatdı.

Hara? Cavabsız sualların cavablarının olduğu yerə.

# 3026 dəfə oxunub

Müəllifin son yazıları

# # #