Ülviyyə Heydərova: “Təklif”-Ən qısa hekayə

Ülviyyə Heydərova: “Təklif”-Ən qısa hekayə
16 dekabr 2013
# 16:00

Kulis.az Ülviyyə Heydərovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Təklif” (300 işarə) hekayəsini təqdim edir.

Səbinə yola düşəndə xəyalları özündən əvvəl uçurdu. Düşünürdü ki, bal ayını mütləq Balidə keçirəcək, ikinci toyunu da məhz adanın sahillərində düzənləyəcək. Ümidlərini götürüb görüşə getdi.

Amal:

- Yəqin ki, Səbinə sənsən? Nə gözəl!.. İstəyərdim, şərtimizi indidən kəsək. Evlənməzdən əvvəl məni alacaqsan.

Təbəssüm Səbinənin dodaqlarında dondu.

# 4471 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #