Arif Hacıyev: “Qoca mələk”-Ən qısa hekayə

Arif Hacıyev: “Qoca mələk”-Ən qısa hekayə
16 dekabr 2013
# 15:00

Kulis.az Arif Hacıyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qoca mələk” (462 işarə) hekayəsini təqdim edir.

Sizə öz başıma gələn əhvalatı yazıram.

"İl 2008. İşə tələsirdim. Gördüm avtobus artıq gəlir. Bir qoca qarı yolu keçirməmi xahiş etdi. Əl tutmaq Əlidən qalıb deyib, ona kömək etdim. Baxdım ki, avtobus getdi. Çox pis oldum. İşdə də müştəri gözləməliydi. Bir taksiyə əyləşib yola düşdüm. Bir az getmişdim ki, həmin avtobusun çevrildiyini gördüm. 2 nəfər ölmüşdü.

Ölənlərə üzüldüm. Amma o qocanı düşündüm. Çünki o məni gecikdirməsəydi, o ölənlərdən biri də mən ola bilərdim.

Daha sonra o qocanı görmədim. Nə bilmək olar, bəlkə o Allahın Mələyi idi..."

# 2534 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #