Vladimr Sorokinin yeni romanı nəşr olunacaq

Vladimr Sorokinin yeni romanı nəşr olunacaq
20 sentyabr 2013
# 10:06

Müasir rus nəsrinin ən məşhur nümayəndələrindən olan Vladimir Sorokinin yeni romanı oktyabrın ortalarında çap ediləcək.


Roman «Теллурия» adlanır.

Bu barədə “Corpus” nəşriyyatı məlumat yayıb. Kitabın satışa oktyabrın 1-də çıxacağı gözlənilsə də, ləngiyir.

Sorokinin yeni romanında yer üzündə cənnətin mücəssəməsi olan Telluriya adlı mifik ölkənin axtarışından danışılır.

Telluriyada xoşbəxtlik gətirən metalın zəngin yataqları var.

Hadisələr “yeni ortaçağ”da baş verir. Əsərin qəhrəmanları kentavrlar, itbaşlar, nəhənglər, səlib yürüşçüləri, pravoslav kommunistlərdir.

Sorokinin son romanı olan «23000» 2005-ci ildə ildə çap edilib.

2006-cı ildə çap edilmiş «День опричника» (“Oprisçnikin günü”) povesti isə bu il ingilis dilinə tərcümədə namizəd olaraq Beynəlxalq “Booker” mükafatına təqdim edilmişdi.

Müasir rus postmodernizminin parlaq nümayəndələrindən olan Sorokinin əsərləri 20-dən çox dilə çevrilib.

Oxuzalı.az

# 1336 dəfə oxunub

Müəllifin son yazıları

# # #