“O binanın 10 faizi AYB-yə verilməli idi”

“O binanın 10 faizi AYB-yə verilməli idi”
2 may 2013
# 14:38

“Abidə” MTK-nın rəhbəri Arif müəllim "mətbu atışma"dansa, AYB-yə - məsələdən çıxış yolu tapmalı, Anar müəllimin yanına gəlib problemin çözümü barədə nə edə bilərsə onu açıqlamalıdır. Arif Mədətov AYB üzvü kimi də, Anar müəllimlə uzun illərə dayanan münasibətlərinin olduğunu iddia edən insan kimi də bunu etməlidir”.

Bu sözləri Kulis.Az-a verdiyi açıqlamada Yazıçılar Birliyinin ev siyahısında olanlardan biri şair Əkbər Qoşalı deyib.

Əkbər Qoşalı bildirib ki, yazıçılarla münasibətdə korrekt davranmaq lazımdır: “Əgər Arif Mədətovun əlində bu işə mane olmaq imkanları varsa, düşünməlidir ki, söhbət 36 ailədən, əli qələmli insandan gedir. - İçində bu qədər tanınmış imzanın olduğu siyahıdakı insanlarla münasibətdə korrekt davranmaq alternativlərin ən yaxşısıdır”.

Yazıçılar Birliyinin ev siyahısında olanlardan biri şair Dəyanət Osmanlı isə Arif Mədətovu qeyri-ciddilikdə ittiham edib: “Hesab edirəm ki, bu kimi qeyri-ciddi münasibət əsassızdır. Şirkətin rəhbəri məsələnin həllini uzatmaqla 36 nəfərin haqqına iddiasını nümayiş elətdirir. Hələ Yazıcılar Birliyinə 9 mənzilin ayrılması çox cüzi və baş aldatmaqdı. O binanın 10 faizi Yazıçılar Birliyinə verilməli idi. Kupça məsələsi də bir bəhanədir. Mənzillərin sahiblərinə verilməsinin müşkülə düşməsi bizi daha ciddi şəkildə hərəkət etməyə vadar edir”.

Ev siyahısında olanlardan biri Aydın Xan da Arif Mədətovun söylədiklərinin heç bir əsasının olmadığını bildirib: “Onun açıqlamaları, yazıçıları lağa qoyması onun səviyyəsini, eyni zamanda dələduzluqla məşğul olduğunu göstərir. 20-30 ildir ki, ev gözləyən yazıçılar, şairlər artıq beziblər. Ciddi addımlar haqqında düşünürük”.

# 2030 dəfə oxunub

Müəllifin son yazıları

# # #