#

2018-ci ilin Nobel mükafatı gələn il veriləcək

2018-ci ilin Nobel mükafatı gələn il veriləcək
4 may 2018
# 13:21

2018-ci il Ədəbiyyat üzrə Nobel mükafatı gələn il, 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatı ilə birlikdə veriləcək.

Kulis.azın alman mətbuatına istinadən verdiyi məlumata görə bu barədə İsveç Akademiyasının müvəqqəti sədri Anders Olsson açıqlama verib.

Belə qərarın verilməsinə səbəb İsveç Akademiyasında yaşanan qalmaqaldır.

Xatırladaq ki, İsveç Akademiyasının üzvlərindən biri şair Katarina Frostensonun həyat yoldaşı fransız fotoqraf Jan-Klod Arnault 18 qadına cinsi zorakılıq etməkdə ittiham olunur. Bundan başqa Arnaultun 6 mükafat qalibinin adı açıqlanmamışdan qabaq, onları kənara ötürdüyü iddia edilir.

Bu qalmaqala görə hazırda Akademiyanın 18 üzvündən 7-i işdən kənarlaşdırılıb.

# 1035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #