İstanbulda beynəlxalq şeir festivalı başladı

İstanbulda beynəlxalq şeir festivalı başladı
3 oktyabr 2017
# 13:10

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Beyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı keçirilir.

Kulis.az- ın məlumatına görə festivalda Azərbaycanı şairlər Şəhriyar del Gerani və Fərid Hüseyn təmsil edirlər.

Festivalın ilk günü Grand Perada Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq. Festivalda 42 ölkədən 300-dək şair iştirak edəcək.

Festival çərçivəsində Grand Pera, Əhməd Həmdi Tanpınar Kitabxanasın, Goethe İnstitutu Kitabxanası, Mephisto Kafe, İnsan Kitabevi, Fatih Pages Kitabevi, Caddebostan Mədəniyyət Mərkəzi və Pera Muzeyində şeirlər oxunacaq və imza günləri təşkil olunacaq.

Festival oktyabrın 7-dək davam edəcək və həmyerlilərimiz tədbirlərdə Türkiyə türkcəsinə uyğunlaşdırılmış şeirlərini oxuyacaqlar.

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #