“Yazı” jurnalı Mövlud Mövluda həsr olunub

“Yazı” jurnalı Mövlud Mövluda həsr olunub
13 aprel 2017
# 16:54

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb.

Kulis.Azın verdiyi məlumata görə, “Baş redaktordan” yazısı ilə açılan dərginin “Yazıçıların arxivindən” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuarının davamı, “Yaddaş” bölümündə isə Qubada yaşamış mərhum şair İzmirağa Töhmərlinin şeirləri verilib. “İtki” bölməsi bu yaxınlarda faciəli surətdə intihar etmiş gənc yazıçı Mövlud Mövluda həsr olunub. Burada onun haqqında yazılmış (Bəxtiyar Hidayət, Elnur Astanbəyli, Sevinc Elsevər, Ehtiram İlham, Oğuz Ayvaz, Emunquey Akif, Nərmin Kamal, Ayxan Ayvaz və A.Qaradərəli) şeirlər, esselər və “Yanaqda donmuş göz yaşı” hekayəsi yer alıb.

“Poeziya” bölməsində Vəli Efe, Şahinə Könül, Furqan və Sərastan Gurun şeirləri, “Həsr” bölümündə Alpay Azərin “Xarizmatik ifritə” uzun hekayəsi çap olunub.

“Güneydən səslər”də Xosrov Barışanın, “Çevirmə”də Şarl Bodler, M.Svetayeva, Bob Dilan, Amarsana Ulzıtıyev (Xeyrulla Xəyalın tərcüməsində), Pablo Neruda, Özdəmir İncə, Hüseyn Atbaşın şeirləri və Q.Q.Markesin hekayəsi, “Esseistika” bölümündə Niyazi Mehdi və A.Qaradərəlinin esseləri verilib.

“Palirta”da Avropada yaşayan ünlü rus rəssamı Vladimir Voleqovun yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #